Məqalədə varlığın, insanın və yaradılışın batini yönünə, dərin qatlarına istiqamətlənən, bəşərin kamilliyə çatması məqsədini mənimsəyən təsəvvüf (sufizm) təliminin özünəməxsus bəktaşi qolunda Qurani-Kərimə qarşı münasibət, ümumilikdə, vəhy, peyğəmbərlik və Müqəddəs Kitab təsəvvürü ümumi çərçivədə tədqiq edilmişdir. Bəktaşi təriqətində Qurani-Kərimə yanaşmanın inanc prinsipləri, habelə bunun ibadətlər arasında əksi, yeri və əhəmiyyəti, inanc sistemindəki mühüm şəxsiyyətlər simasında dəyərləndirilməsi incələnmişdir. Həmçinin Müqəddəs Kitabdan çıxarışların batini və mistik şərhləri müəyyən nümunələr əsasında təhlil edilmişdir. Təriqətin banisi Hacı Bəktaş Vəliyə aid edilən təfsirmahiyyətli əsərlərdə, – “Fatihə təfsiri”, “Bəsmələ təfsiri” və “Məqalət”, – həmçinin bu qəbildən digər bəzi mənbələrdə, ərkannamələr və buyruqlarda müşahidə olunan Qurani-Kərim təsəvvürü ümumi şəkildə təsvir edilmişdir. Eləcə də bu və ya digər mənbələrdə dəlil və istinad məqamında istifadə edilən bir sıra ayə təyin və izah olunmuş, əsərlərdə qeyd edilən spesifik ayələrin bəktaşilik inanc sisteminə əsaslanan batini-təsəvvüfi təfsirləri (izahları) göstərilmiş və başqa inanc prinsipləri ilə qarşılıqlı əlaqəsi, təması araşdırılmışdır. Bütün bunlardan əlavə, təsəvvüf ədəbiyyatının bir qolu olan bəktaşi poeziyasında bir poetik ünsür kimi formalaşmış “vəhy” məfhumu, peyğəmbərlik və Quran anlayışları bir neçə şairin, – Yəmini, Yunus Əmrə, Aşıq Vəli, Qul Nəsimi, Pir Sultan Abdal, – poetik nümunələri çərçivəsində nəzərdən keçirilmiş, şairlərin Müqəddəs Kitaba qarşı xüsusi münasibəti ifadə edilmişdir. Məqalənin sonunda bəktaşi təriqətinin çoxcəhətli Qurani-Kərim təsəvvürü barədə bu tədqiqatın ümumi nəticəsi qeyd olunmuşdur., The article examines attitudes toward the Holy Quran, as well as visions of revelation and prophecy found in the Holy Bible considered from a unique perspective in Sufi Bektashi teachings, which focuses on internal exploration of human existence and creation and adopts the goal of human perfection. It draws attention to the belief principles in the approach to the Holy Quran, as well as its reflection, place and importance in worship, and evaluation in the face of significant personalities in the Bektashi order. It also analyzes the inner and mystical interpretations of Bible passages on the basis of specific examples. The concept of the Holy Quran is described in general in the tafseer works attributed to the founder of Bektashi order, Haji Bektash Vali, titled “Fatiha Tafsir”, “Basmala Tafsir” and “Magalat” as well as in some other sources, edicts and commands. Furthermore, a number of verses used as proofs and references in these or other sources have been defined and explained, the inner Sufi interpretations (explanations) of the specific verses mentioned in the works based on the Bektashi belief system have been shown, and the interaction and contact with other principles of faith have been investigated. Apart from this, the concept of revelation formed as a poetic element in Bektashi poetry, which is a part of Sufism literature, the concepts of prophecy and the Qur’an are considered within the framework of the poetic examples of several poets Yemini, Yunus Amre, Ashiq Veli, Gul Nasimi, Pir Sultan Abdal. The article concludes by mentioning the comprehensive findings of this research on the Holy Quran in the Bektashi order.