Back to Search Start Over

Sekulyarlaşma nəzəriyyəsi və onun müasirliklə qarşılıqlı əlaqəsi

Authors :
Orucova, Elnarə
Orujova, Elnara
Orucova, Elnarə
Orujova, Elnara
Source :
Din Araşdırmaları Jurnalı; № 2(7) Dekabr 2021; 19-34; Din Arasdirmalari Jurnali [Journal of Religious Studies]; № 2(7) December 2021; 19-34; Din Araştırmaları Dergisi; № 2(7) Aralık 2021; 19-34; 3006-2772; 2618-0030
Publication Year :
2021

Abstract

Bu məqalədə müasirliklə əlaqədar olaraq, sekulyarlaşmanın dünyada yaratdığı sosial dəyişikliklərdən bəhs olunur. Mövzu sosiologiyanın aktual istiqamətlərindən hesab edilir. Müasirliklə bağlı olaraq həyata keçən sekulyarlaşma prosesi hələ klassik sosioloqların da diqqət mərkəzində olmuşdur. Məqalənin məqsədi sekulyarlaşmanın özü ilə gətirdiyi sosial dəyişiklikləri zaman və coğrafi bölgələri nəzərə almaqla, faktlar əsasında araşdırmaqdır. Məqalədə müasirlik, din və sekulyarlaşma anlayışları izah edilir. Qeyd olunur ki, müasirliyin xüsusiyyətlərindən biri olan sekulyarlaşma cəmiyyətdə bir xətt üzrə nəticə doğurmamışdır. Müxtəlif zamanlarda, müxtəlif bölgələrdə fərqli nəticələr hasil olmuşdur. Sekulyarlaşmanın bir ideologiya və ya bir nəzəriyyə olması ilə bağlı sosioloqların fikirləri gözdən keçirilmişdir. İdeologiya olduğunu nəzərə alanların görüşlərindən yola çıxaraq, planlı dəyişikliyin də dinin aradan getməsi və ya zəifləməsi üçün bir səbəb olduğu yazıda vurğulanmışdır. Sosioloqlar dinin insan həyatında rolunu araşdırarkən müxtəlif zamanlarda fərqli nəticələrə gəlmişlər. Öncə dinin insan həyatında mühüm rolunu vurğulamışlar. Daha sonra sekulyarlaşma ilə əlaqədar olaraq, dinin əhəmiyyətini itirəcəyinə və ya tamamilə yox olacağı fikrinə gəlmişlər. Hazırda isə sosioloqların əksəriyyətinin mövcud faktlarla əlaqədar olaraq gəldiyi fikir bundan ibarətdir ki, bu nəzəriyyə özünü doğrultmadı, din nəinki öz mahiyyətini itirmədi, hətta bir çox fərqliliklərlə zamanla ayaqlaşa biləcək şəkildə öz varlığını davam etdirir.<br />This article deals with the social changes brought about by secularization in the modern world. This topic is considered one of the current topics in sociology. The process of secularization whıch concerns with modernity has been central interest of classical sociologists. The purpose of this article is to examine the social changes brought about by secularization on the basis of facts, considering time and geographical regions. The article first explains the concepts of modernity, religion and secularization. According to the study, secularization, which is one of the features of modernity, has not led to conclusions occuring in the same direction. Various outcomes have been obtained at various times and in various areas. Sociologists’ views on whether secularization is an ideology or a theory have been observed. According to many who regard religion to be an ideology, intentional change is also a reason for the elimination or weakening of religion. Sociologists have come to different conclusions at different times when studying the role of religion in human life. First of all, they stressed the important role of religion in human life. Later, as a result of secularization, they came to the conclusion that religion would lose its significance or disappear. Today, however, most sociologists are of the opinion that this theory has not proved its worth, that religion has not only lost its essence, but that it still exists in a way that can keep pace with many differences.

Details

Database :
OAIster
Journal :
Din Araşdırmaları Jurnalı; № 2(7) Dekabr 2021; 19-34; Din Arasdirmalari Jurnali [Journal of Religious Studies]; № 2(7) December 2021; 19-34; Din Araştırmaları Dergisi; № 2(7) Aralık 2021; 19-34; 3006-2772; 2618-0030
Notes :
application/pdf, Azerbaijani
Publication Type :
Electronic Resource
Accession number :
edsoai.on1468559831
Document Type :
Electronic Resource