Back to Search Start Over

Nizami Gəncəvi yaradıcılğında Mehdilik (xilaskarlıq) inancı ilə bağlı təsəvvürlər

Authors :
Mustafayev, Elnur
Mustafayev, Elnur
Source :
Din Araşdırmaları Jurnalı; № 1(6) İyun 2021; 63-74; Din Arasdirmalari Jurnali [Journal of Religious Studies]; № 1(6) June 2021; 63-74; Din Araştırmaları Dergisi; № 1(6) Haziran 2021; 63-74; 3006-2772; 2618-0030
Publication Year :
2021

Abstract

Məqalədə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin yaradıcılığında təzahür edən Mehdilik (xilaskar gözləntisi) problemi tədqiq edilmişdir. Mehdilik anlayışı İslam dininin ən əhəmiyyətli mövzularından biri sayıldığından, tarixən Azərbaycan alimlərinin və ədiblərinin maraq dairəsində olmuşdur. Müəllif ilk olaraq “Mehdi” ifadəsinin etimoloji və semantik təhlillərini aparmış, İslam mənbələrində işlənmə dərəcələrini müəyyən etmişdir. Bununla yanaşı, məqalədə Mehdilik inancının psixoloji, sosioloji və psixo-sosial səbəbləri qeyd edilmişdir. Bu baxımdan, Mehdilik inancı aktual bir mövzu kimi həm azərbaycanlı ilahiyyatçı və filosofların, həm də şair və incəsənət xadimlərinin yaradıcılığında geniş şəkildə işlənilmişdir. Müəllif məqalədə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin (1141-1209) yaradıcılığında müxtəlif istiqamətlərdə Mehdilik (xilaskarlıq) inancı ilə bağlı düşüncələri araşdırmışdır. Mehdilik inancının mahiyyətində ümumbəşəri dəyərlər, ədalətli dövlət və cəmiyyət, xoşbəxt və firavan həyat kimi ideyalar dayandığına görə, şairlər üçün ən yaxşı mövzulardan biri olmuşdur. Dahi Azərbaycan şairi “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Yeddi gözəl” və “İsgəndəmamə” (“Şərəfnamə”) poemalarında Mehdilik probleminə müxtəlif aspektlərdən toxunmuş, İslam etiqad sistemində xüsusi yer tutmuş “xilaskar gözləntisi” məsələsini bədii ifadə vasitələri ilə müsbət istiqamətdə tərənnüm etmişdir. Nizami Gəncəvi öz yaradıcılığında bu anlayışın ideyalarından istifadə edərək, dövrün hakimlərini və cəmiyyəti xeyirxah işlər görməyə, insanlara xidmət göstərməyə, həmçinin ədalətli dövlətlərin qurulmasına, fərdi və ictimai təkamülə dəvət etmişdir. Bu baxımdan, müəllif məqalədə Nizaminin dünyagörüşündə yer alan Mehdilik inancının dini-siyasi və ictimai cəhətlərini tədqiq etmiş, həmçinin mövzunun İslam təlimləri ilə müqayisəli təhlillərini aparmışdır.<br />This article investigates the issue of Mahdist beliefs (salvation expectation) as manifested in the work of the great Azerbaijani poet Nizami Ganjavi. The Mahdist concept, which has long piqued the interest of Azerbaijani scholars and writers, is one of the most prominent issues in Islam. From this perspective, Azerbaijani theologians and philosophers have extensively developed the topic of belief in Mahdi. In this article, the author delves into several aspects of Mahdist ideas (salvation) in the work of Nizami Ganjavi, a brilliant Azerbaijani poet and thinker regarded as one of the world's best representatives of literature (1141-1209). Belief in the Mahdi has been one of the most inspiring topics for poets because it is founded on universal values, a just state and society, and a happy and prosperous life. Nizami Ganjavi used the ideas of this concept in his work to call on the judges and society of the time to do good deeds, serve people, and build just states, as well as individual and social evolution.

Details

Database :
OAIster
Journal :
Din Araşdırmaları Jurnalı; № 1(6) İyun 2021; 63-74; Din Arasdirmalari Jurnali [Journal of Religious Studies]; № 1(6) June 2021; 63-74; Din Araştırmaları Dergisi; № 1(6) Haziran 2021; 63-74; 3006-2772; 2618-0030
Notes :
application/pdf, Azerbaijani
Publication Type :
Electronic Resource
Accession number :
edsoai.on1478023311
Document Type :
Electronic Resource