Back to Search Start Over

XIV-XVI əsrlərdə Azərbaycanda dövlət-din münasibətlərinin təkamülü: Səfəvilər dövlətinin şiəlik ideologiyası

Authors :
Məmmədov, Ceyhun
Mammadov, Jeyhun
Məmmədov, Ceyhun
Mammadov, Jeyhun
Source :
Din Araşdırmaları Jurnalı; № 2(7) Dekabr 2021; 141-156; Din Arasdirmalari Jurnali [Journal of Religious Studies]; № 2(7) December 2021; 141-156; Din Araştırmaları Dergisi; № 2(7) Aralık 2021; 141-156; 3006-2772; 2618-0030
Publication Year :
2021

Abstract

Məqalədə XIV-XVI əsrlərdə Azərbaycanın feodal dövlətlərində İslam dininin dünyəvi və dini həyatın tənzimləyici mahiyyəti, şiəlik ideologiyasının dini-fəlsəfi xüsusiyyətləri, həmin dövrdə Azərbaycanın ictimai-fikir tarixində və siyasi həyatında özünəməxsus yeri olan Səfəvilərin bölgədə həyata keçirdikləri daxili və xarici siyasət ətraflı araşdırılır. Həmçinin Səfəvilərin din siyasəti ilə İslamın siyasi idarəçiliyini inkişaf etdirmələri, hərbi gücün dinlə vəhdət təşkil etməsi, ilahi iradənin qanunlar vasitəsilə reallaşması, dövlətçilikdə Allahın iradəsinə üstünlük verilməsi geniş tədqiq edilir. Eyni zamanda, Səfəvi Azərbaycan dövlətinin şiəlik konsepsiyasının mahiyyəti, onun rəsmi dövlət ideologiyasına çevrilməsi, Səfəvi hökmdarlarının dünyəvi və ali ruhani hakimiyyətinə malik olmaları geniş tədqiqat obyektinə çevrilir. Həmçinin XVI əsrdə Səfəvilərin şiə məzhəbini dövlət dininə çevirdikləri, Azərbaycanda həmin dövrdə sufiliyin geniş yayıldığı, Səfəvilərin imperiyanı idarə etmək üçün mükəmməl dövlət idarəçiliyi sisteminə əsaslandıqları, Səfəvi hökmdarlarının dünyəvi, mülki, dini və hərbi hakimiyyəti öz əllərində cəmləşdirdikləri, mərkəzi və yerli hakimiyyət orqanlarınının fəaliyətinin şah sarayındakı Ali Məşvərət Məclisi və ya Ali Səltənət Şurası (məclisi-əla) tərəfindən tənzimləndiyi, məhkəmə hakimiyyətini Ali Divanın həyata keçirdiyi, Şah Abbasın islahatlarından sonra Səfəvilərin nizamlı və güclü ordu yaratdıqları qeyd olunur. Məqalədə, həmçinin həmin dövrdə Səfəvilərin həyata keçirdikləri din siyasətinin türkdilli xalqların birliyinə ciddi təsir etdiyi qeyd olunur. Bir sıra yerli və xarici tədqiqatçıların şiəliyin Səfəvilər tərəfindən dövlət dini elan olunmasınının türk dünyasının parçalanmasına səbəb olduğunu bildirdikləri, Səfəvilərin şiəliyi dövlət dini kimi qəbul etmələrinin onları Osmanlı imperiyası ilə üz-üzə qoyduğu vurğulanır.<br />This article is concerned with the regulatory essence of Islam within the secular and religious life in the feudal states of Azerbaijan from the 14th century to the 16th century, as well as the religious and philosophical features of the Shi'ite ideology, internal and external policies enforced in the region at that time by Safavids, holding a special place in the history of public thought and political life of Azerbaijan. The transformation of the political governance of Islam by Safavids through the religious policy, the unity of military force with religion, the pursuance of divine will through laws, and the priority of the will of Allah in state formation are considered. At the same time, the subjects of research include the essence of the Shi'ite concept of the Azerbaijan state of Safavids, its transformation into an official state ideology, as well as the exercising of secular and supreme religious authorities by the Safavid rulers. Moreover, the article covers such facts as Safavids' declaration of Shia Islam as the state religion in the XVI century, wide spreading of Sufism in Azerbaijan in that period, application of the perfect public administration system by Safavids to govern the Empire, centralization of secular, civil, religious, and military powers by the Safavid rulers, administration of the central and local authorities by the Supreme Consultative Assembly or the Supreme Majlis (Majlisi-Ala) at the Shah's Palace, execution of the judicial power by the Supreme Diwan, and establishment of a regular and a strong army after the reforms of Shah Abbas. The article states that the religious policy pursued by the Safavids had a major impact on the unity of the Turkic-speaking peoples. A number of local and foreign researchers claim that the declaration of Shia Islam as the state religion by Safavids led to a split in the Turkic world. It is emphasized that accepting Shia Islam as the state religion the Safavids originated a conflict with the Ottoman Empire.

Details

Database :
OAIster
Journal :
Din Araşdırmaları Jurnalı; № 2(7) Dekabr 2021; 141-156; Din Arasdirmalari Jurnali [Journal of Religious Studies]; № 2(7) December 2021; 141-156; Din Araştırmaları Dergisi; № 2(7) Aralık 2021; 141-156; 3006-2772; 2618-0030
Notes :
application/pdf, Azerbaijani
Publication Type :
Electronic Resource
Accession number :
edsoai.on1478023567
Document Type :
Electronic Resource